image-21backend

“Əminəm ki, Çinlə yeni ticarət sazişi bağlamaq mümkündür”-Tramp

ABŞ prezidenti Donald Tramp Çinlə yeni ticarət sazişinin bağlanmasının mümkünlüyünə əminliyini ifadə edib və bildirib ki, Çin sədri Si Cinpinin ABŞ-a səfəri mümkündür.

Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

“Mənim prezident Si ilə çox yaxşı münasibətim var. Ancaq unutmayın ki, o Çini sevir, mən isə ABŞ-ı sevirəm. Beləliklə, bilirsiniz, burada bir az rəqabət var, amma deyərdim ki, prezident Si ilə əla münasibətim var”, – Tramp prezident təyyarəsində jurnalistlərlə söhbətində deyib.

Tramp Çinlə yeni ticarət sazişi bağlamaq istəyi ilə bağlı sualı cavablandırıb. “Bu mümkündür.” O, həmçinin bildirib ki, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer tezliklə danışıqlar üçün Vaşinqtona gələcək və nəhayət prezident Si ABŞ-a gələcək.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki