Yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.
Müdafiə Nazirliyindən Alp.az-a verilən məlumata görə, S.Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib.
Rusiya komandanlığının mətbuat xidmətinin məlumatına görə, axşam saatlarında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə hər iki tərəfin nümayəndələri ilə birgə vətəndaş Matevosyan Ermənistan Respublikası Silahlı Qüvvələrinin nümayəndələrinə təhvil verilib.