image-1707593557_e20dc20b-a89b-3fb2-a9f7-44845c6a7672_850backend

DİN elan etdi: Gənclər üçün yeni imkan – Video

Abituriyentlərin Polis Akademiyasına sənəd qəbulu başlayıb. Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan hüquqşünaslıq ixtisasına 500, I qrupdan informasiya təhlükəsizliyi ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edir.
Elchi.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Qeyd edilib ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki