image-axar-az13935097031338372995_celilabadbackend

Cəlilabadda bu tarixi abidələr bərpa olunacaq

Cəlilabad rayonunda qarşıdakı illərdə iki abidənin bərpası nəzərdə tutulur.

Elchi.az xəbər verir ki, bu barədə Report-un Muğan bürosunun sorğusuna cavab olaraq Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsindən bildirilib.

Bərpası gözlənilən abidələr – Cəlilabadın Göytəpə şəhərində yerləşən kilsə və “Qazan köşkü” tarixi abidəsi və hamamdır (19-cu əsr).

Həmçinin qeyd olunub ki, tarixi abidələr dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib, burada mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki