Burkina Fasoda ABŞ-da yerləşən Amerikanın Səsinin (VOA) yayımı 3 ay müddətinə dayandırılıb.
Elchi.az xəbər verir ki, Ali Rabitə Şurasının verdiyi bəyanatda Amerikanın Səsi təhlükəsizlik əməliyyatlarını ədalətsiz tənqid etməkdə, Burkina Faso və Mali əsgərlərini ruhdan salmaqda və terror hücumları ilə bağlı yoxlanılmamış məlumat verməkdə günahlandırılıb .
Bəyanatda bu səbəblərə görə Amerikanın Səsinin yayımlarının 3 ay müddətinə dayandırıldığı bildirilib, həmçinin beynəlxalq xəbərlərin yerli mediada işıqlandırılmasının növbəti xəbərdarlığa qədər qadağan edildiyi qeyd edilib.
Burkina Fasoda Britaniyanın ictimai yayımı olan BBC və Amerikanın Səsinin yayımları daha əvvəl qısa müddətə dayandırılmışdı.
Fransız radio RFI-nin yayım lisenziyası da 2023-cü ilin sentyabrında oxşar səbəblərə görə ləğv edildi.
Nuranə Məmmədova