Braziliyanın keçmiş prezidenti Bolsonaronun qarın ağrısı ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Elchi.az xəbər verir ki, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro dünən səhər tezdən qarın ağrısı şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Səlahiyyətlilər bildiriblər ki, Bolsonaro təcili tibbi yardım üçün vertolyotla Nataldakı xəstəxanaya aparılıb. Yerli tibb işçiləri Bolsonaronun hazırda heç bir əlamət göstərmədiyini və vəziyyətinin stabil olduğunu bildirib. Lakin həkimlər evə buraxılma vaxtı ilə bağlı heç bir məlumat verməyiblər.
Bolsonaro sosial mediada tezliklə özünü daha yaxşı hiss edəcəyinə və ölkəni gəzməyə davam edəcəyinə ümid etdiyini söyləyib.
Şayəstə Hüseynova