Türkiyənin Nəqliyyat Nazirliyindən verilən məlumata görə, duman səbəbindən gəmilərin Bosfor boğazından tranziti müvəqqəti olaraq dayandırılıb.
Elchi.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, hər iki tərəfdən duman səbəbindən boğaz bölgəsində görünürlük məhdudlaşdırılıb, 100-dən çox gəmi boğazdan keçmək üçün gözləyir.
“Gəmilərin Boğaziçi ilə tranziti hər iki tərəfdən dayandırılıb”, – mesajda deyilir.
Fevralın 22-də qar səbəbindən Boğaziçi boğazı gəmilərin hərəkətinə bağlanıb.
Yeganə