image-2023-09-28t071745z_1863013090_rc2jh3a8141e_rtrmadp_3_germany-politics-pic_32ratio_900x600-900x600-86822backend

Berbok: Alman qoşunları Ukraynaya gedə bilər

Almaniyanın xarici işlər naziri Berbok alman qoşunlarının Ukraynaya göndərilməsinə icazə verib.
Elchi.az xəbər verir ki, Atəşkəs olacağı təqdirdə sülhü təmin etmək üçün Ukraynaya alman qoşunları göndərilə bilər. Die Welt xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok deyib.
“Ukrayna ilə Rusiya arasında atəşkəs əldə olunarsa, alman əsgərləri də sülhü təmin etmək üçün istifadə edilə bilər”, – Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
Bundan əvvəl prezident Vladimir Zelenski Kiyevə gələn Avropa komissarları ilə görüşündə Ukraynadakı münaqişə zonasında xarici silahlı qüvvələr məsələsini qaldıracağı təqdirdə ölkənin müttəfiqlərinin yarısını itirəcəyini bildirib.
Eyni zamanda, Fransanın BMT-dəki hərbi missiyasının keçmiş rəhbəri, general Dominik Trinquint Le Parisien-ə müsahibəsində Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Qərb qoşunlarının hipotetik dondurulmuş cəbhə xəttinə yerləşdirilə biləcəyini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki