Belçika baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevot bəyan edib ki, onun ölkəsi Ukraynada atəşkəs əldə olunarsa, sülhməramlı missiyaya əsgər göndərilməsi imkanını istisna etmir.
Elchi.az xəbər verir ki, fransızca yayımlanan “RTL” televiziyasına danışan Prevot bildirib ki, yeni hökumət bu yaydan etibarən müdafiə büdcəsini ümumi daxili məhsulun (ÜDM) 2 faizinə çatdırmağı planlaşdırır.
Prevot bunu mümkün etmək üçün dünən Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən təqdim edilən və müdafiə xərclərinin artırılmasının fiskal qaydaların pozulması hesab edilməyəcəyini şərtləndirən yenidən silahlanma planından istifadə edilə biləcəyini söyləyib.
Ukraynada atəşkəs əldə ediləcəyi təqdirdə Belçikanın sülh missiyasına əsgər göndərməsinin “mümkün” olduğunu bildirən Prevot, “Biz bu perspektivi istisna etmirik”,-deyə qeyd edib.
Digər tərəfdən, Prevot bunun baş verməsi üçün bəzi şərtlər irəli sürərək, “İlk növbədə ukraynalıların mənafeyinə hörmət edən bir sülh müqaviləsi imzalanmalıdır, lakin bu, Avropanın da maraqlarını nəzərə almalıdır. Biz onlara zərər verəcək bir razılaşma etməməliyik. Bu, daimi və məqbul sülhün bərqərar olması üçün zəruridir. Bunlara nail olunduqda, Belçika sülh missiyasında iştirak edə bilər” dedi. dedi.
Yeganə