image-0backend

Belarusun “Belavia” şirkətinin 7 təyyarəsi niyə Bakıda saxlanılır?

Belarusun “Belavia” aviaşirkəti Qərbin sanksiyaları üzündən özünün təyyarə parkını kəskin ixtisar etməli olub. Dekabrın 2-də Avropa İttifaqı bu şirkətə qarşı əlavə sanksiyalar tətbiq edib və onu aviaşirkətlərin beynəlxalq qarşılıqlı ödəmə sistemi olan BSP-dən kənarlaşdırıb.

2021-ci ilin yazında, müxalif bloqerin sərnişin təyyarəsinin qırıcıların vasitəsilə Minskə məcburi endirilərək həbsi qalmaqalından əvvəl “Belavia” şirkətinin aviaparkı 29 təyyarədən ibarət idi. İndi isə onların sayı kəskin azalıb. Hazırda həm müntəzəm, həm çarter reyslərini cəmi 15 təyyarə yerinə yetirir. Sanksiyalara görə şirkət laynerlərin bir hissəsini lizinq şirkətlərinə geri qaytarıb. Bu haqda şirkətin baş direktoru İqor Çerqinets açıqlayıb. Onun sözlərinə görə, aviadaşıyıcı indi yeni təyyarələri Qərbdən yox, Rusiya və Çindən alacaq.

Dekabrın 20-də məlum olub ki, “Belavia” şirkətinin 2020-ci ildə lizinqlə aldığı üç Embraer E195-E2 təyyarəsi İrlandiyanın “AerCar” lizinq şirkətinə geri qaytarılıb. Təyyarələrin qeydiyyatı İrlandiya qeydiyyatı ilə əvəzlənib və saxlanılmaq üçün Kastelon-Kosta Azaar aeroportuna göndərilib.

Şirkət habelə Boeing 737-800 EW-526PA təyyarəsini İstanbul aeroportunda bir aydan çox qaldıqdan sonra İrlandiyanın “Genesis Aircraft Services” şirkətinə geri qaytarıb.

Şirkətin daha 7 “Embraer” təyyarəsi isə (4 -ü ERJ-175 və 3 -ü ERJ-195 olmaqla) Heydər Əliyev Bakı Beynəlxalq Aeroportunda saxlanılır. Bu informasiyanı aeroportdan “Sputnik Azərbaycan”a təsdiqləyiblər.

““Nordic Aviation Capital” şirkəti “Azərbaycan Hava Yolları” QSC-yə müraciət edərək Belarusun milli aviadaşıyıcısı tərəfindən istismar edilən “Embraer” E175/E195 təyyarələrini saxlanca qəbul etməyi xahiş edib. Sərnişin təyyarələrinə xidmət baxımından Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılmış geniş imkanlar nəzərə alınaraq bu xahiş yerinə yetirilib”, – məlumatda deyilir.virtualaz.org

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki