ABŞ prezidenti Co Bayden, İsrailin hələ İrana necə cavab verəcəyinə qərar vermədiyini ifadə edərək, “Onların yerində olsaydım, neft yataqlarından başqa alternativləri nəzərdən keçirərdim” – deyib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Bayden Ağ Evdə mətbuat brifinqlərinin keçirildiyi ərazidə sürpriz bir şəkildə görünüb və gündəmlə bağlı sualları cavablandırıb.
İsrailin İrana necə cavab verəcəyi ilə bağlı suallara Bayden , “İsraillilər (İrana) hücum baxımından nə edəcəklərinə hələ qərar verməyiblər, danışıqlar davam edir. Mən onların yerində olsaydım, neft yataqlarından başqa alternativləri nəzərdən keçirərdim” – deyə cavab verib.
İsrailin Yaxın Şərqdə ABŞ-ın tövsiyələrinə məhəl qoymayaraq seçkilərə müdaxilə etməyə cəhd edib-etmədiyi ilə bağlı suala Bayden belə cavab verib: “Heç bir administrasiya İsrailə məndən çox kömək etməyib. Düşünürəm ki, o (Netanyahu) bunu xatırlamalıdır.”
Nuranə Məmmədova