ABŞ prezidenti Co Bayden Ukrayna böhranının başlanğıcında iki nüvə dövləti arasında müharibədən qaçmaq vəzifəsi ilə üzləşdiyini bildirib.
Elchi.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.
“Mənim iki problemim var idi. biri dünyanı birləşdirib Ukraynanı qorumaq, digəri iki nüvə dövləti arasında müharibədən qaçmaqdır. Bu gün həm birini, həm də digərini etdik”,-deyə Bayden bildirib.
Bazar ertəsi Bayden Vaşinqton administrasiyasının növbəti rəhbəri Donald Trampa səlahiyyətlərinin verilməsi ərəfəsində ABŞ Dövlət Departamentində xarici siyasət məsələləri ilə bağlı vida nitqi ilə çıxış edib.
Yeganə