Mali Xarici İşlər Nazirliyi qeyri-qanuni yollarla Avropaya keçməyə çalışan immiqrantları daşıyan qayığın Mərakeş sahillərində batması nəticəsində 69 nəfərin itkin düşdüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada, dekabrın 19-da İspaniyaya getməyə çalışan təxminən 80 nəfərin olduğu qayığın Mərakeşin ərazi sularında batdığı bildirilib.
Ölənlər arasında 25 Mali vətəndaşının olduğu bildirilərkən, 9-u Mali vətəndaşı olmaqla 11 nəfər xilas edilib.
Qayığın yola düşmə yeri ilə bağlı məlumat paylaşılmayıb.
Dünən dərc olunan hesabatında İspaniyanın qeyri-hökumət təşkilatı Caminando Fronteras (Gəzinti Sərhədləri) 2024-cü ildə qeyri-qanuni yollarla İspaniya sahillərinə çatmağa çalışarkən ən azı 10.457 nəfərin öləcəyini açıqlayıb.
Hesabatda 2024-cü ilin İspaniyanın müasir immiqrasiya tarixi üçün “ən ölümcül” il olduğu vurğulanıb və hər gün orta hesabla 30 nəfərin İspaniyaya keçmək istəyərkən dənizdə öldüyü qeyd edilib.
Ümumiyyətlə Qərbi Afrika sahillərindən yola çıxan mühacirlər, Avropanın Afrikaya ən yaxın ərazisi olan İspaniyanın Kanar adalarına çatmaq üçün müvəqqəti qayıqlarla Atlantik okeanını keçməyə çalışırlar.
Şayəstə Hüseynova