image-vinger-barselony-ansu-fati-interesen-beshiktashu-as_17390861741469519790backend

“Barselona”nın futbolçusu Bundesliqada çıxış edə bilər

İspaniyanın “Barselona” klubunun futbolçusu Ansu Fati Almaniya Bundesliqasında çıxış edə bilər.

Elchi.az “Todofichajes.com”a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu “Borussiya”dan (Dortmund) aldığı transfer təklifinə müsbət yanaşıb.

Kataloniyalıların heyətində yetərincə şans qazanmayan futbolçu Dortmund klubunda işlərinin qaydasında gedəcəyini düşünür.

Keçidin yay “transfer pəncərəsi”ndə reallaşacağı gözlənilir. “Barselona” rəhbərliyi Ansu Fatinin komandadan ayrılmasının əlehinə deyil.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki