image-ce8e6f66-9421-32e8-ac00-0556e83405e5_850backend

Bakıda şəhərsalma sahəsinə cavabdeh nazirlərin iclası təşkil ediləcək

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 20-də şəhərsalma sahəsinə cavabdeh nazirlərin iclası təşkil ediləcək.

Elchi.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Onun sözlərinə görə, iclas 4 paralel dəyirmi masa ilə davam edəcək: “Nazirlər, şəhər rəhbərləri iqlimə təsir göstərə biləcək məsələlərlə bağlı müzakirələr aparacaq”.

Sədr qeyd edib ki, iclasda Azərbaycanın irəli sürdüyü yeni təşəbbüs təqdim ediləcək: “Təşəbbüs Çoxsəviyyəli Fəaliyyət Proqramını nəzərdə tutur”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki