image-polis-din-2backend

Azərbaycanda polis ehtiyatsızlıqdan öldü

Tərtər rayonunda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis serjantı Vüsal Məmmədov göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. Məlumata görə, faktla bağlı araşdırma aparılır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki