image-1564406795_mehkeme-mansetbackend

Azərbaycanda bu şuranın hüquqları artırılır

Məhkəmə-Hüquq Şurasının hüquqları artırılır.
Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə imzaladığı fərman “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:
– Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;
– Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;
– İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;
– məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq.
Məhkəmə-Hüquq Şurasının vəzifələri sırasına isə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək daxil olunub.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki