image-30e46eaa-5526-3aef-bbf4-9902b8a41e06_850backend

Azərbaycan qurudulmuş meyvə ixracını 38 %-ə yaxın artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1597 ton qurudulmuş meyvə ixrac edib.

Elchi.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 % çoxdur.

11 ay ərzində qurudulmuş meyvə ixracının ümumi dəyəri 5 milyon 137,2 min ABŞ dolları olub. Bu isə bir il əvvələ nisbətən 17 % artım deməkdir.

Məlumatda qeyd edilib ki, xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixrac strukturunda qurudulmuş meyvə ixracının xüsusi çəkisi artmaqdadır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki