image-pakistan_jf-17_thunder_021121backend

Azərbaycan müasir qırıcılar alır – BU ÖLKƏDƏN

Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcılarının satın alınmasına maraq göstərib.

Alp.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Pakistan KİV-lərinə istinadən məlumat verir.

Məlumata əsasən, Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehman Novruzov yerli mətbuata açıqlamasında ölkənin bu qırıcılara marağını təsdiq edib.

Onun sözlərinə görə, Azərbaycan “JF-17 Block 3” modifikasiyalı qırıcını əldə etmək niyyətindədir.

Qeyd edək ki, “JF-17 Block 3” ilk uçuşunu 2019-cu ilin dekabrında həyata keçirib. Bu model pilot kabinəsinin modernləşdirilmiş elektron avadanlıqlarına və radiolokasiya sisteminə malikdir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki