Azərbaycan Milli Xalça Muzeyi ilə Avstriyanın dünyaca məşhur zərgərlik
brendi “FREYWILLE” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu
imzalanıb.
Elchi.az xəbər verir ki, məkdaşlığa əsasən “FREYWILLE” şirkəti Qarabağ xalçaları və
onların unikal naxışları əsasında yeni kolleksiya hazırlayır. Qədim Azərbaycan
xalçaçılıq irsinin dünya miqyasında tanıdılması məqsədilə yaradılan, müasir
incəsənət və zərgərlik texnologiyası ilə xalqımızın zəngin tarixini özündə
birləşdirən kolleksiya yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.
1951-ci ildə təsis edilən və 30 ildən artıqdır ki, Fridrix Ville tərəfindən idarə
olunan “FREYWILLE” şirkəti eksklüziv bədii zərgərlik məmulatları istehsalında
lider brenddir. Şirkət dünyanın bir sıra məşhur muzeyləri – Viktoriya və Albert
Muzeyi, Jivernidəki Klod Mone Muzeyi və Dövlət Rus Muzeyi ilə əməkdaşlıq
edib. “FREYWILLE”-nin mütəxəssisləri bu muzeylərdə qorunub saxlanılan
Qustav Klimt, Vincent van Qoq, Alfons Muxa, Vilyam Morris, Pol Qogen kimi
dahi rəssamların əsərlərindən ilhamlanaraq əsrarəngiz kolleksiyalar yaradıblar.
Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində isə “FREYWILLE” brendi ilk dəfə zərgərlik məmulatlarının dizaynında Azərbaycan xalça
naxışlarından və motivlərindən istifadə edir.