image-0c19c88f-be42-370b-adea-cd46b3c57607_850backend

Avropa Liqası: “Qalatasaray” “Qarabağ”ın rəqibinə qalib gəlib

Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi “Elfsborq”u məğlub edib.

Elchi.az – ın  məlumatına görə, İstanbul təmsilçisi III tura təsadüf edən ev oyununda İsveç kollektivinə 4:3 hesabı ilə qalib gəlib.

Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin “Budyo Qlimt” komandası isə səfərdə Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşıb.

Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ” noyabrın 7-də “Budyo Qlimt”in, dekabrın 11-də isə “Elfsborq”un qonağı olacaq. UEFA Avropa Liqasının Liqa mərhələsinin digər matçları oktyabrın 24-də təşkil olunacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki