image-1backend

Artur Xaçatryan: Qarabağ arzularını 2016-cı ildə dəfn etdik

“Ermənistan” fraksiyasından olan deputat Artur Xaçatryan öz Facebook səhifəsində baş nazir Nikol Paşinyanın dünənki konfransı haqqında öz fikirlərini yazıb.

Alp.az xəbər verir ki, Artur Xaçatryan Nikol Paşinyanın dünənki konfransından çıxan analizlərində bunları qeyd edib.

“1. Türkiyə ilə birlikdə parlaq gələcəyə doğru gedəcəyik

2. İlham Əliyev savadlı və güclü liderdir.

3. Qarabağı unudun. Qarabağ məsələsi çoxdan həll olunub, bununla bağlı heç nə etmək olmaz. Şuşa və Hadrut haqqında da heç nə danışmaq olmaz və unutmaq lazımdır.

4. Qarabağ arzularını 2016-cı ildə dəfn etdik.

Sadəcə Paşinyan unudur ki, danışıqlara özü başlayıb, Hadrut  yolunun tikintisinə başlayanda “Qarabağ Ermənistandır,!” deyib rəqs edirdi. . Əgər Qarabağ 2016-cı ildən əldən gedibsə niyə vəziyyəti gərginləşdirirdi?” – Artur Xaçatryan yazıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki