image-666backend

Artur Vanetsyan: “Ermənistan danışıqlardan imtina etməli və yeni müharibəyə hazırlıq görməlidir” 

“Sülh danışıqları Ermənistana heç bir divident gətirməyəcək və biz sülh danışıqlarında da məğlub tərəf olacayıq. “- Alp.az xəbər verir ki, bu fikirləri Fransa meydanında keçirilən mitinqdə Ermənistanın “Namusum var” fraksiyasının lideri Artur Vanetsyan bildirib.

“Reallıq onu göstərir ki, biz yeni müharibə hazırlığına başlamalıyıq. İndiki hakimiyyət Ermənistanı uçuruma aparır. Müharibə yeganə xilas yolumuzdur. Sülh müqaviləsi bağlansa Qarabağ və Zəngəzur əldən çıxacaq. Buna görə Ermənistan danışıqlardan imtina etməli və yeni müharibəyə hazırlıq görməlidir ” -deyə Vanetsyan bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki