image-haroppbackend

Arşakyan: Azərbaycanın bu silahı bizə ağır zərbə endirdi

Azərbaycanın Ermənistan üzərində qələbəsinin bir neçə səbəbi var idi. Onlardan ən önəmlisi Azərbaycan Ordusunun ən müasir və samballı texniki təchizatı idi.

Alp.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan bölüşüb.

Onun sözlərinə görə, keçən ilin payızında müasir müharibələrdə öz yerini təsdiq etmiş, hərbi elmdə yeni istiqamət sayılan pilotsuz uçuş aparatları əsas rol oynayırdı:

“Məhz onların köməyi ilə Azərbaycan Ordusu Ermənistan tərəfinə ağrılı zərbələr endirməyə nail oldu. Müharibənin gedişi göstərdi ki, erməni hərbçiləri pilotsuz uçuş aparatlarının hücumlarına qətiyyən hazır deyildi. Ötən ilin payızında “Harop” və “Bayraqdar” erməni ordusunun real baş ağrısına çevrilmişdi. Üstəlik, ordumuza ən ağrılı və ciddi zərbələr endirən Belarus istehsalı “Qroza-S” radioelektron mübarizə vasitəsi idi”, – deyə ekspert qeyd edib.axar.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki