Apple korporasiyası brendin dünya üzrə aktiv qadcetlərinin sayının 2,35 milyard ədədə çatdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Şirkətin 2025-ci ilin birinci maliyyə rübü üzrə qazancları ilə bağlı çağırış zamanı Apple-ın baş direktoru Tim Kuk bildirib ki, dünyada 2,35 milyarddan çox aktiv iPhone, iPad, Mac və digər Apple cihazları var.
“Aktiv qadcet” termini şəbəkəyə qoşulmuş cihaza aiddir. Sonuncu dəfə, 2024-cü ilin fevral ayının əvvəlində Amerika şirkəti 2,2 milyard aktiv cihazın sayı barədə məlumat vermişdi . Beləliklə, il ərzində aktiv qadcetlərin sayı təxminən 150 milyon ədəd artıb.
“MacRumors” jurnalistləri qeyd ediblər ki, “Apple” ənənəvi olaraq xüsusi regionlar üzrə öz qadcetlərinin satışına dair məlumatları açıqlamır. Buna görə də müəyyən markalı cihazların hansı ölkələrdə daha yaxşı satıldığı məlum deyil. Onlar həmçinin belə qənaətə gəliblər ki, Apple-ın ən populyar məhsullarından biri olan iPhone cəmi bir neçə il əvvəl milyardlarla satılıb.
Yanvarın sonunda Apple təhlükəli zəifliyi aradan qaldıran qadcetləri üçün bir sıra yeniləmələr buraxdı . iPhone, iPad, Mac və digər cihazlar üçün yamaqlar CVE-2025-24085 zəifliyi problemini bağlayır və quraşdırma üçün məcburidir.