image-fhn-yanginbackend

Ağdaş və Sabirabadda ev yandı

Ağdaş rayonunun Cüvə kəndində ümumi sahəsi 162 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Elchi.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Sabirabad rayonunun Bulduq kəndində də ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki