image-1733222047_56backend

Abxaziya parlamenti Rusiya ilə bağlı sazişi ratifikasiya etmədi

Abxaziya parlamenti növbədənkənar iclasında Rusiya şirkətlərinin respublikada investisiya layihələri haqqında sazişin ratifikasiyasına qarşı səs verib. Sənədin təsdiqinin əleyhinə 21 nəfər çıxış edib, iki nəfər isə bitərəf qalıb.

Elchi.az bildirir ki, “RİA Novosti” bu barədə qanunverici orqanın mətbuat xidmətinə istinadən xəbər verir.

Suxum və Moskva arasında Rusiya hüquqi şəxslərinin investisiya fəaliyyətinə dair razılaşma cəmiyyətdə fikir ayrılığına səbəb olub. Səsvermə başlamazdan əvvəl müxalifətçilər parlament binası ətrafına toplaşmağa başlayıblar.

Oktyabrın 30-da Moskvada investisiya sazişini Abxaziyanın baş nazirinin müavini, iqtisadiyyat naziri Kristina Özqan və Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov imzalayıblar. Sənədə noyabrın 15-də baxılması nəzərdə tutulmuşdu, lakin bu cəhd etirazlarla və məsələnin iclasın gündəliyindən çıxarılması ilə yekunlaşıb.

Böhranın nəticəsi etirazçılar tərəfindən tələb edilən ölkə prezidenti Aslan Bjaniyanın istefası oldu. Onu ölkə başçısı kimi Abxaziyanın vitse-prezidenti Badra Qunba əvəzləyib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki