image-rusya-ukrayna-savasi-afp-2201618_1backend

ABŞ-san Ukraynaya Rusiya ərazisində Amerika silahlarından istifadə etmək icazəsi

ABŞ administrasiyası Ukraynaya məhdud şəkildə Rusiya ərazisində uzaqmənzilli Amerika silahlarından istifadə etməyə icazə verib.
Elchi.az xəbər verir ki, Amerikanın “Washington Post” (WP) qəzetinin ABŞ-ın iki yüksək rütbəli məmuruna əsaslanan xəbərinə görə, Co Bayden administrasiyası Ukrayna ilə bağlı yeni addım atıb.
Buna uyğun olaraq, ABŞ administrasiyası Şimali Koreya əsgərləri Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya gətirildikdən sonra Kiyevə Rusiya ərazisində uzaqmənzilli Amerika silahlarından istifadə etmək icazəsi vermək qərarına gəlib.
Bu kontekstdə ABŞ Ukraynaya verdiyi uzunmənzilli taktiki raket sistemlərinin (ATACMS) Rusiya ərazisindəki qoşunlara qarşı məhdud istifadəsini təsdiqləyib.
WP-yə açıqlama verən rəsmilər siyasətdəki dəyişikliyə Ukraynaya qarşı döyüşmək üçün Rusiya tərəfindən Kursk bölgəsinə təxminən 10 min Şimali Koreya əsgərinin gətirilməsindən təsirləndiyini vurğuladılar.
Ukraynanın uzun müddətdir tələb etdiyi, lakin bu günə qədər ABŞ administrasiyasına yaşıl işıq yandırmadığı bu addım, seçkilərdə qalib gələn Donald Tramp Ağ Evə gəlməmişdən əvvəl seçkilərdə məğlub olan Bayden administrasiyasının mühüm qərarı hesab edilir.
ABŞ-ın yeni seçilmiş prezidenti Tramp vəzifəyə başlayan kimi Rusiya-Ukrayna müharibəsini bitirmək üçün addımlar atacağını açıqlayıb və bu müharibənin daha da uzanmasını istəmədiyini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki