image-2a306779472c86b6ad1df67d27b70342backend

ABŞ-da virus yaymaqda ittiham olunan iki rusiyalı həbs edilib

Rusiya vətəndaşları Roman Berejnoy və Yeqor Qlebov ABŞ- da “Phobos” ransomware virusunu yaymaqda və ondan istifadə etməkdə, habelə onun qurbanlarından ümumilikdə 16 milyon dollar pul almaqda şübhəli bilinərək həbs ediliblər.
Elchi.az xəbər verir ki, müstəntiqlərin məlumatına görə, ABŞ- da və dünyada 1000-dən çox dövlət və özəl struktur 33 yaşlı Berejnoy və 39 yaşlı Qlebovun rəhbərlik etdiyi haker qrupunun qurbanı olub. Hüquq-mühafizə orqanları, Ədliyyə Nazirliyinin qeyd etdiyi kimi, “qrupun kompüter infrastrukturunu” sıradan çıxarıb.
ABŞ səlahiyyətlilərinə görə, 2019-cu ilin may ayından 2024-cü ilin oktyabr ayına qədər Berejnoy, Qlebov və başqaları virusun deaktivasiyası üçün “qurbanlara ödənişlərlə bağlı maliyyə itkiləri ilə yanaşı, onların məlumatlarına çıxışın itirilməsi ilə bağlı itkilərə səbəb olan” hakerlik fəaliyyəti ilə məşğul olublar. Zərərçəkənlər arasında uşaq xəstəxanası, tibb müəssisələri və təhsil müəssisələrinin olduğu iddia edilir. Şübhəlilər qurbanların kompüter şəbəkələrinə müdaxilə edib, faylları və proqramları kopyalayıb oğurlayıblar və Phobos-dan istifadə edərək oğurlanmış məlumatların orijinal versiyalarını şifrələyiblər. Daha sonra müstəntiqlərin fikrincə, təqsirləndirilən şəxslər şifrlənmiş məlumatlara girişi bərpa etmək üçün deşifrə açarları müqabilində qurbanlardan pul qoparıblar. Əgər pul ödənilməsə, hakerlər məlumatları ictimailəşdirməklə hədələyiblər.
Agentlik aydınlaşdırır ki, Berejnoy və Qlebov təqsirli bilinərsə, onları kiber fırıldaqçılığın hər bir maddəsinə görə 20 il, kompüterin sındırılmasına görə 10 il və internet fırıldaqçılığına görə sui-qəsd üçün 5 il həbs cəzası gözləyir. Ümumilikdə ruslara qarşı 11 maddə üzrə ittiham irəli sürülüb. Rusların təqsirli bilinəcəyi təqdirdə son həbs müddətini məhkəmə müəyyən edəcək.
Noyabr ayında ABŞ Ədliyyə Departamenti Rusiya vətəndaşını Phobos-u satmaq, yaymaq və işlətməkdə ittiham edib . ABŞ hakimiyyət orqanlarının məlumatına görə, Koreya Respublikasından ekstradisiya edilmiş 42 yaşlı Yevgeni Ptitsyn 2020-ci ilin noyabr ayından ABŞ- da və bütün dünyada özəl və ictimai təşkilatlarda Phobos-u tanıtmaq üçün beynəlxalq sxemə cəlb olunub.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki