ABŞ-da il boyu maraqla gözlənilən Amerika Futbol Liqasının (NFL) çempionluq oyunu olan “Super Bowl” üçün geri sayım başladı.
Elchi.az xəbər verir ki, ABŞ-da ən çox izlənilən və ən böyük idman hadisəsi, bu il 59-cu dəfə keçiriləcək Super Bowl, bazar günündən bazar ertəsinə keçən gecə, Luiziana ştatının New Orleans şəhərindəki Caesars Superdome-da, GMT ilə saat 02:30-da oynanılacaq.
2024 NFL Lombardi Kubokunun sahibini müəyyən edəcək mübarizədə Amerika Futbol Konfransında (AFC) qalibiyyət qazanan Kansas City Chiefs, Milli Futbol Konfransının (NFC) çempionu Philadelphia Eagles ilə qarşılaşacaq.
Kendrick Lamar və SZA matçın fasiləsində mahnılarını ifa edərək tamaşaçılarla görüşəcəklər.
Şayəstə Hüseynova