İsrail 6 vətəndaşını Türkiyədən İordan çayının qərb sahilindəki fələstinli qruplara pul köçürmək ittihamı ilə həbs edib.
Elchi.az xəbər verir ki, İsrail polisi və yerli kəşfiyyat agentliyi Şin-Bet (Şabak) agentləri son bir ay ərzində şübhəliləri saxlayıblar və 6 nəfər “xarici agentlə əlaqə” və “terrorçu qruplara vəsaitlərin köçürülməsinə köməklik etmək”də ittiham olunub.
Qurumun sözçüləri tərəfindən verilən açıqlamada şübhəlilərin Türkiyədən HƏMAS da daxil olmaqla Qərb Sahilindəki müxtəlif qruplara “milyonlarla şekel” köçürdüyü iddia edilib. Bəzi xəbər saytları köçürülən məbləğin 3 milyon şekel və ya təxminən 800.000 dollar olduğunu yazıb.
Məlumata görə, polis 33 yaşlı Ərraba sakini Fadi Ərəbi ilə Türkiyədə yaşayan qardaşı Nassim Ərəbi arasında başlayan mürəkkəb maliyyələşdirmə sxeminə daha beş nəfəri cəlb etməkdə şübhəli bilinir. Mətbuatda yer alan xəbərlərə görə, “şəbəkə lideri” olduğu iddia edilən Fadi Ərəbinin qardaşı ilə “pul köçürmə yolu” qurduğu iddia edilir. Ərəbinin həm də əslən Cenindən olan 41 yaşlı Vacdi Saadinin ortağı olduğu və Sədinin İordan çayının qərb sahilindəki Fələstin silahlı qruplarına pul köçürməsində “əsas fiqur rolunu oynadığı” iddia edilir.
Nuranə Məmmədova