image-iranbackend

İranla Ermənistan arasında şok anlaşma: Yük daşınmasında… 

İyunun 27-də Ermənistandan yüksək səviyyəli nümayəndə heyəti Tehrana yola düşüb.

Alp.az xəbər verir ki, bu barədə İranın İrəvandakı ticarət müşaviri Əkbər Gedari məlumat verib.

O, deyib ki, bu il mayın 24-də ölkəsinin Yol və Şəhərsalma Nazirliyi ilə Ermənistanın İqtisadiyyat Nazirliyi arasında imzalanan Anlaşma Sənədinin icrası ilə maraqlanmaq üçün Ermənistanın İqtisadiyyat nazirinin müavini Varus Simonyan və Regional İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan Tehrana səfər edib.

“İLNA” xəbər agentliyinə danışan Əkbər Gedari Anlaşma Sənədində tranzitin vəziyyətinin araşdırılması və İrandan Ermənistana kombinə edilmiş yük daşımalarının sadələşdirilməsi və infrastrukturun tamamlanması, yol rüsumlarının azaldılması və maneələrin aradan qaldırılması yolu ilə iki ölkə arasında gediş-gəlişin və tranzitin asanlaşdırılması üçün strategiyaların qəbul edilməsi nəzərdə tutulur.

Sənəddə habelə Ermənistanın infrastruktur layihələrinə, xüsusilə şimal və cənub magistral yolunun tikintisinə, dəmir yolu layihəsinə İranın təcrübəli şirkətlərinin sərmayə qoyması, Ermənistanın avtomobil və dəmir yolu şəbəkəsinin Naxçıvan və digər marşrutlar vasitəsilə İran dəmir yolu şəbəkəsinə qoşulması da razılaşdırılıb.

Bundan başqa İran şirkətlıərinin Ermənistanın infrastruktur layihələrində iştirakı, kommunikasiya və quru yolların yenidən qurulması, iki ölkə arasında uçuşların vəziyyətinin nəzərdən keçirilməsi və aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi sözügedən anlaşma sənədinin önəmli bəndlərindən sayılır.

Əkbər Gedari deyib ki, səfər zamanı İran şirkətlərinin Mehri Azad İqtisadi Məntəqəsində fəaliyyət imkanları, İrandan Ermənistana bir günlük cücələrin ixracındakı problemlər, məlumat mübadiləsi, gömrük sənədləri və mənşə sertifikatları ilə bağlı məsələlərin müzakirəsi gündəlikdədir.

Anlaşmaya görə İrandan Ermənistana gedən yük maşınları sadələşdirilmiş qaydalarla sərhəd keçid məntəqəsindən keçəcək. Erməni mətbuatı iddia edir ki, yeni razılaşmaya əsasən yük maşınlarında daşınan yüklər yalnız sənədlər vasitəsilə yoxlanılacaq.

Qeyd edək ki, işğalçı Ermənistanla müxtəlif sahələrdə əməkdaşlığını hər gün daha da genişləndirən İran hökuməti Azərbaycana münasibətdə isə hər zaman ikili standartlara yol verib və riyakar davranış sərgiləyib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki