Starlink peyk şəbəkəsi 2024-cü ildə internet trafikinin həcmini 3,3 dəfə artırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Cloudflare” xidmətinin hesabatında bildirilir.
Şirkətin məlumatına görə, İlon Maskın SpaceX korporasiyasının xidməti dünyada peyk internet xidmətlərinin aparıcı provayderi olmaqda davam edir. Hesabatda bildirilir ki, xidmət ucqar rayonlar da daxil olmaqla, internetə qoşulma xidmətlərini göstərməkdə davam edir.
Mütəxəssislər Starlink-in uğurunu onun yeni bazarlara çıxması və əhatə dairəsinin genişlənməsi ilə əlaqələndirdilər. Belə ki, xidmət Paraqvayda istifadəyə verilib və bir il ərzində trafik 900 dəfə artıb. Bundan əlavə, Starlink mülki və hərbi aviasiyada fəaliyyət göstərməyə başladı. Eyni zamanda, SpaceX internetə çıxış üçün Starlink Mini portativ terminalını endirimli qiymətə təklif etməyə başladı.
2023-cü ilin sonunda Cloudflare mütəxəssisləri Starlink peyk şəbəkəsində trafikin 3 dəfə artdığını qeyd etdilər. 2023-cü ilin sentyabrında SpaceX 3 milyon xidmət istifadəçisini, 2024-cü ilin noyabrında isə 5 milyonu ötdüyünü açıqladı. Dekabrın əvvəlində Roskosmos dövlət korporasiyasının baş direktoru Yuri Borisov 2030-cu ilə qədər Rusiyada Starlink-in analoqunu işə salmağa söz verdi. “2030-a zəmanət verilir. Bəlkə 2028-2029-cu illər”, – Borisov bildirib.
Yeganə