image-dem_qazi_150420backend

19 yaşlı qadın dəm qazından boğularaq öldü

Salyan sakini dəm qazından boğularaq ölüb.
Elchi.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Xələc kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Aynur Müşfiq qızı Bəşirova hamamda olarkən dəm qazından boğulub.
O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki