BMT-nin Ukraynadakı missiyasının mənbələrinə danışan ispan qəzeti “El Pais” yazır ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının dondurulmasından sonra Ukraynada yüzdən çox mədəniyyət və media təşkilatı dəstəksiz qalıb.
Elchi.az xəbər verir ki, qəzetin yazdığına görə, Ukraynadakı kiçik müstəqil KİV-lərin əksəriyyəti USAİD-dən maliyyə alıb. hər iki mediada ABŞ-dan maliyyələşmə 80%-dən çox olub.
Digər Ukrayna KİV-ləri də çətinliklərlə bağlı məlumat yayıb. Məsələn, redaksiya heyətinin qrantlar hesabına həyata keçirdiyi bəzi layihələr müvəqqəti olaraq dayandırıldığı üçün Hromadske oxucularını nəşri dəstəkləməyə dəvət edib.
“El Pais” yazır ki, Ukrayna ABŞ-dan ən çox humanitar və iqtisadi yardım alan ölkələrdən biri olub. Üç ilə yaxın müharibə dövründə ölkə USAİD vasitəsilə 34 milyard avrodan çox qeyri-hərbi yardım alıb, 2023-cü ildə 16,5 milyard avro yardım, USAID-in digər ölkələrə göstərdiyi yardımın orta məbləği isə 545 milyon avro təşkil edir.
Yeganə