Ukrayna hakimiyyəti ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında işləməyə hazırdır.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin qərarını X sosial şəbəkəsində açıqlayıb.
“Mən və komandam davamlı sülhə nail olmaq üçün Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq” deyə o yazıb.
Dövlət başçısı vurğulayıb ki, Kiyev Vaşinqtonun bunun üçün gördüyü hər şeyi yüksək qiymətləndirir və Ukrayna hakimiyyəti xatırlayır ki, ABŞ Donald Trampın ilk prezidentlik dövründə respublikaya “Javelin” tank əleyhinə raket komplekslərini təhvil verib. Bundan əlavə, Zelenski mümkün qədər tez danışıqlar masasına oturmağa hazır olduğunu vurğulayıb.
Ukrayna prezidenti bundan əvvəl Ağ Evdəki qalmaqalı və onunla Amerika lideri arasında mübahisənin niyə baş verdiyini müzakirə etmək istəmədiyini bildirib . Eyni zamanda o, “bu vəziyyətin də keçəcəyinə” və ölkəni qarşıda daha vacib şeylərin gözlədiyinə əminliyini ifadə edib.
Nuranə Məmmədova