image-trump-zelenskiy-reu-2336441_1backend

Zelenski “qiymətli metallar sazişi” imzalamaq üçün ABŞ-a gedir

ABŞ prezidenti Donald Tramp qiymətli metallar üzrə saziş imzalamaq üçün cümə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp Oval Ofisdə keçirilən imzalanma mərasimində bəzi prezident fərmanlarını imzaladıqdan sonra mətbuat mənsubları ilə gündəmi dəyərləndirib.
Tramp, Ukrayna prezidenti Zelenskinin cümə günü Vaşinqtona gəlişi ilə bağlı suala, “Mən eşitdim (Zelenski) Bəli, o, cümə günü gələcək, istəsə, mənim üçün tamamilə yaxşıdır. Biz o pulu geri almaq istəyirik. O, mənimlə bu müqaviləni imzalamaq istəyir. Mən başa düşürəm ki, bu, böyük bir işdir, çox böyük bir işdir”.
Tramp bildirib ki, Ukraynada sülhməramlı qüvvələrin necə olacağını müzakirə etmək üçün Rusiya və Ukrayna ilə görüşəcəklər: “Bizim sülhməramlılığa ehtiyacımız olacaq. Hər kəsi qane edəcək bir şey ediləcək. Amerika əsgərlərinin iştirak etdiyi hər şey əslində hamının razılaşa biləcəyi sülhməramlı missiyadır. Nəhayət, bu, razılaşa biləcəyimiz bir şey olacaq”.
Gələcəkdə Ukraynanın qorunmasında ABŞ və ya Avropanın rol oynayıb-oynamayacağına münasibət bildirən Tramp, “Düşünürəm ki, buna görə böyük ölçüdə Avropa ölkələri məsuliyyət daşıyacaq” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki