image-zelenskiy-nato-ukrayna-reu-1925622_1backend

Zelenski NATO üzvlüyü müqabilində istefa verməyə hazırdır

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, sülh üçün lazım gələrsə, postundan istefa verə bilər.
Elchi.az xəbər verir ki, Zelenski mətbuat konfransında ABŞ və NATO ilə bağlı açıqlamalar verib.
Zelenski bəyan edib ki, Ukraynada sülhü təmin etmək üçün prezident postundan istefa verməyə hazırdır və belə bir fürsət olarsa, “NATO-ya üzvlük” müqabilində istefa verəcək.
Zelenski bildirib ki, ABŞ, Rusiya və Avropa ölkələri Ukrayna ilə birlikdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarında iştirak etməlidir.
Sabah Kiyevdə sammit keçiriləcəyini bildirən Zelenski, 13 tərəfdaşın Kiyevə gələcəyini və 24-də onlayn şəkildə görüşə qatılacağını bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki