image-55backend

Zelenski Krımdakı nümayəndəsini işdən çıxarıb

Ukrayna prezidenti Volodimir Zelenski Krımdakı nümayəndəsi Tamila Taşevanı istefaya göndərib.

Elchi.az xəbər verir ki, bu barədə RBC-Ukrayna nəşri Teleqramda məlumat yayıb.

“Tamila Ravilevna Taşeva ona verdiyi ərizəyə uyğun olaraq Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi vəzifəsindən azad edilsin”, – sərəncamın mətnində deyilir. Zelenski 2022-ci il aprelin 19-da Taşevanı özünün nümayəndəsi təyin edib.

Taşeva, yarımadanın Ukraynanın nəzarəti altına qayıtdığı təqdirdə rusları bu ərazidən “qovmaq” niyyəti ilə bağlı qalmaqallı açıqlamaları ilə tanındı. Zelenskinin nümayəndəsi həmçinin bəyan edib ki, Krım Ukraynaya ilhaq edilərsə, yarımadaya tibbi marixuana əkmək istəyirlər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki