Yunanıstanda 2023-cü ildə 57 nəfərin həyatını itirdiyi “Tempi” qatar qəzası ilə bağlı araşdırma hesabatı açıqlanıb.
Elchi.az xəbər verir ki, ölkənin ən ölümcül qatar qəzası ilə bağlı 178 səhifəlik hesabat müstəqil istintaq komitəsi tərəfindən hazırlanıb.
Hesabatda 57 nəfərin həyatını itirdiyi qatar qəzasına insan səhvi, kadr çatışmazlığı, köhnə dəmir yolu infrastrukturu və lazımi səviyyədə təlim verilməməsi səbəb olduğu bildirilib.
Qəzadan iki il əvvəl dərc edilən hesabatda qəzanın stansiya növbətçisinin yol verdiyi istiqamət səhvi nəticəsində baş verdiyi bildirilib.
Hesabatda 2010-2018-ci illər arasında iqtisadi böhran zamanı dövlət investisiyalarının çatışmazlığına da diqqət çəkilib.
Nuranə Məmmədova