image-teyyare-yunanistan-hhq-m-346backend

Yunanıstan döyüş-aviasiya vasitələri parkını gücləndirir – FOTO-VİDEO

Yunanıstan Hərbi Hava Qüvvələri İtaliyanın “Leonardo” şirkəti ilə bağlanmış müqavilə əsasında M-346B döyüş-təlim təyyarələri alıb.

Alp.az-ın məlumatına görə, təyyarələrin təqdimatı Yunanıstandakı Kalamata hərbi aviabazasında keçirilib.

Xəbərdə o da qeyd olunub ki, təyyarələr Yunanıstan Hərbi Hava Qüvvələrinin İsrailin “Elbit Systems” şirkəti ilə birgə yaratdığı döyüş-təlim mərkəzində istifadə olunacaq.

Satınalma və mərkəzin yaradılmasına dair müqavilənin dəyəri 1,68 milyard ABŞ dollarıdır və bu razılaşma 20 il müddətinə nəzərdə tutulub.

image-teyyare-m-346

image-teyyare-yunanistan-hhq-m-346

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki