Bildirilib ki, Yunanıstanda 2024-cü ildə yanğınların sayı keçən illə müqayisədə 50 faiz artıb.
Elchi.az xəbər verir ki, Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias qatıldığı radio proqramında ölkədəki yanğınlarla bağlı açıqlamalar verib.
2024-cü ildə ölkə daxilində yanğınların sayının keçən ilə nisbətən yüzdə 50 artdığını ifadə edən Kikilias, yanğın qruplarının ilin əvvəlindən bu yana 4 min yanğınla mübarizə apardığını söyləyib.
Yanğınların sayının artmasının birbaşa iqlim dəyişikliyinin nəticəsi olduğunu müdafiə edən Kikilias, yanğınlarla daha tez və effektiv mübarizə aparmaq üçün mühüm islahatların edildiyini açıqlayıb.
Yunanıstanda avqustun 11-də Afina yaxınlığındakı Varnavasda başlayan və ilin ən böyük fəlakəti sayılan yanğında 1 nəfər ölüb, 146 ev yararsız hala düşüb.
Şayəstə Hüseynova