image-e3e3998b-ecd7-3aa6-b759-c626a78deb80_850backend

Yaponiya sahillərində 5,1 maqnitudalı zəlzələ baş verib

Yaponiyanın Honsü adasının şərq sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Elchi.az  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 220 min insanın yaşadığı Xatinoxe şəhərindən (Aomori prefekturasının şimalı) 96 km cənub-şərqdə, zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki