image-vaaqn_xacatryan1643921833backend

Xaçatryanı şəxsən tanıyıram, prezident olmasını istərdim – Qubad İbadoğlu

Hakim Mülki Müqavilə partiyasından Ermənistan prezidentliyinə namizəd Vaaqn Xaçatryanı liberal dəyərlərin daşıyıcısı olan region iqtisadçılarının toplantısından yaxından tanyıram. İqtisadi reallığı dəyərləndirən, regional inteqrasiyanın və sağlam rəqabətin yaratdığı faydanı başa düşən pozitiv düşüncəli mütəxəssislərdəndir, açıq və demokratik fikirlidir.

Alp.az xəbər verir ki, belə bir iddialı sözlərlə iqtisadçı ekspert Qubad İbadoğlu çıxış edib.

“Onun Ermənistan İctimai TV-yə müsahibəsində səsləndirdiyi “Ermənistan vətəndaşları anlamalıdırlar ki, sülh həyat və inkişaf üçün yeganə variantdır. Hətta biz çox güclü olsaq da, sülhə can atmalıyıq, başqaları ilə münasibətlərdə bunu əldə rəhbər tutmalıyıq”, eləcə də “Ermənistan-Türkiyə arasında proses iqtisadi və siyasi münasibətlərə gətirib çıxaracaq” açıqlamalarını yüksək dəyərləndirirəm.

Mən də onun prezident seçilməsini istərdim. Hesab edirəm ki, Vaaqn Xaçatryan prezident olarsa, bölgədə sülhün inkişafına, inteqrasiyanın və kommunikasiyaların bərpa olunmasına töhfələr verər”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki