image-3backend

WSJ“: Kiyev münaqişəni davam etdirmək niyyətindədir

“Ukrayna Səudiyyə Ərəbistanında danışıqlar ərəfəsində hərbi əməliyyatları davam etdirmək niyyətindədir”.

Elchi.az bu barədə “The Wall Street Journal”a (WSJ) istinadən xəbər verir.

Kiyev və Vaşinqton arasında danışıqlar martın 11-nə planlaşdırılıb. Ukrayna və ABŞ-ın yüksək səviyyəli nümayəndələrinin görüşü Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq. Görüşdə sülh yolu ilə nizamlanma və müvəqqəti atəşkəsə nail olmaq mexanizmlərinin müzakirə ediləcəyi gözlənilir.

“Nə baş verməsindən asılı olmayaraq, Kiyevdəki liderlər Ukraynanın mübarizəni davam etdirəcəyini bildiriblər”, – nəşr yazıb.

Jurnalistlər hesab edirlər ki, qarşıdan gələn görüş Ukraynaya yardımın dayandırılması şansını artırır.

ABŞ bu ölkə prezidenti Donald Trampın qərarı ilə Ukraynaya hərbi yardımı dayandırıb. Amerika lideri dəfələrlə Kiyev rejiminin başçısı Volodimir Zelenskini sülhə çağırıb və Kiyevin başqa seçimi olmadığını deyib.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte Ukrayna və ABŞ arasında danışıqlara ehtiyatlı nikbinlik bəslədiyini bildirib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki