image-35backend

Vətəndaş Cəmiyyəti Quruculuğunda İslam Həmrəyliyinin Rolu Mövzusunda Konfrans keçirildi

20 dekabr 2024-cü il tarixində Mirzəyeva Yeganə “Vətəndaş cəmiyyəti quruculuğunda İslam həmrəyliyinin rolu” mövzusunda Zoom platformasında mühazirə-konfrans keçirib.

Elchi.az-ın xəbərinə görə, tədbirdə 89 iştirakçı iştirak edib.

Yeganə xanım çıxışında vurğulayıb ki, “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin qurulmasında İslam həmrəyliyinin rolu böyükdü. O, “Quran-i Kərim”dən sitat gətirərək, İslamın vətəndaş cəmiyyətinin formalaşmasında istiqamətverici olduğunu qeyd edib.

Fatihə surəsini kollektiv şüurun təcəssümü kimi dəyərləndirən Yeganə xanım, birgəlik və həmrəyliyin cəmiyyətin inkişafı üçün vacib olduğunu bildirib.

Tədbir zamanı iştirakçılar mövzu ətrafında müzakirələr aparıb və İslam həmrəyliyinin sosial layihələrdə tətbiqi ilə bağlı suallar veriblər. Bu konfrans mənəvi dəyərlərin cəmiyyət həyatında rolunun artırılmasına töhfə verib.

image-34 image-35 image-36 image-37 image-38 image-39 image-40 image-41 image-42

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki