image-1636258914_1636143884_azerbaijan_soldier_050521backend

Vətən Müharibəsinin 42-ci günü nələr baş verdi? – XRONİKA

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.

44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Xocalının iki kəndinin işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

– Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları darmadağın edilib. Düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.

– Düşmənin xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti mühasirəyə alınaraq məhv edilib.

– Düşmən Tərtər və Ağcabədini artilleriya atəşinə tutub. Düşmən Ağdamın kəndlərini atəşə tutub.

– Ermənistanın Bərdəyə raket atəşi nəticəsində 16 yaşlı yeniyetmə həlak olub.

– Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin növbəti videogörüntüsü yayılıb.

– Cəbhənin Ağdam istiqamətində düşmən itki verib. Düşmənin növbəti hərbi kolonu məhv edilib.

Bizim.Media

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki