image-snimok-yekrana-224backend

Vatikan Papanın səhhəti ilə bağlı açıqlama verib

Vatikan bronxit səbəbiylə dünən Romadakı Gemelli xəstəxanasına aparılan 88 yaşlı Papa Fransiskin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.
Elchi.az xəbər verir ki, Vatikanın sözçüsü Matteo Bruni Papanın xəstəxanadakı ilk gecəsində yaxşı yatdığını və sakit bir gecə keçirdiyini açıqlayıb.
Açıqlamada həmçinin qeyd olunub ki, Papa Fransisk tənəffüs yoluxucu infeksiyadan müalicə almağa davam edir.
Papanın bu səhər qəzet oxuduğu və gözəl səhər yeməyi yediyi də bildirilib.
Bruni həmçinin bu gün Papanın sağlamlıq vəziyyəti ilə bağlı əlavə açıqlama verilməyəcəyini də vurğulayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki