İrəvan Dövlət Universitetinin professoru, İranşunaslıq kafedrasının rəhbəri Vardan Voskanyan erməni xalqını müharibəyə səsləyib.
Alp.az xəbər verir ki,Voskanyan yeni müharibənin başlayacağını bəyan edib. Erməni professor bunu öz Facebook səhifəsində yazıb.
“Bu bölgədə heç vaxt sülh mövcud olmayıb, mövcud deyil və indi və yaxın gələcəkdə mövcud olmayacaq. Ona görə erməni xalqı müharibəyə hazır olmalıdır”, – Vardan Voskanyan yazıb.