image-thumbs_b_c_b21adf5e96698684bf8adb5ca17b38e0backend

ÜST: DRC-nin şərqindəki toqquşmalarda 70-dən çox səhiyyə müəssisəsi zədələnib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Konqo Demokratik Respublikasındakı (DRC) nümayəndəsi Boureima Hama Sambo, silahlı qüvvələrlə üsyançı qrup 23 Mart Hərəkatı (M23) arasında toqquşmalar nəticəsində Şimali-Kivu əyalətinin şərqində 70-dən çox səhiyyə müəssisəsinin zədələndiyini və ya dağıldığını bildirib.
Elchi.az xəbər verir ki, Sambo öz qiymətləndirmələrini Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn olaraq iştirak edərək bildirib.
Sambo ölkənin şərqinin silahlı qüvvələrlə 23 Mart Hərəkatı (M23) üsyançı qruplaşması arasında baş verən toqquşmalar səbəbindən qeyri-sabit və təhlükəli olduğunu qeyd edib və ÜST-nin yerdə qalmağa və həyat qurtaran tibbi xidmətlər göstərməyə davam etdiyini qeyd edib.
Sambo mövzu ilə bağlı aşağıdakı açıqlamaları verib:
“Şimali Kivuda 70-dən çox səhiyyə müəssisəsi zədələnib və ya dağıdılıb. Oradakı bir klinika müvəqqəti olaraq silahlı qruplar tərəfindən ələ keçirilib. Qidalanma bu bölgədə sağlamlıq problemidir və hər 4 nəfərdən 1-i kəskin qida çatışmazlığı ilə üzləşir”.
Sambo, ÜST-nin yanvarın 25-də Qoma Hava Limanı bağlanmazdan əvvəl tibbi yardım göndərə bildiyini vurğuladı və ÜST-nin DRC-də əsas səhiyyə xidmətlərini əhatə etmək üçün 50 milyon dollara ehtiyacı olduğunu bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki